Moreno DÇ-2022-ni buraxa bilər
“Vilyarreal”ın hücumçusu Jerar Moreno 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu zədəsini sağaltmağa davam edir və İspaniya millisi ilə DÇ-2022-də çıxış etmək üçün artıq intensiv hazırlıqlara başlayıb.
30 yaşlı ispaniyalı forvard sentyabrın 11-də, “Betis”lə oyunda (1:0) zədələnib. O, reabilitasiya zamanı yaranan fəsadlara görə oktyabrın sonuna kimi sağalacaq.
2022-ci il dünya çempionatı üçün İspaniya millisinin heyətinin noyabrın əvvəlində açıqlanacağı bildirilir.
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 20-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin