Moratti açıqladı: “İnter” Messini almaq istəyir”

İtaliyanın “İnter” klubunun sabiq prezidenti Massimo Moratti Milan təmsilçisinin “Barselona”nın kapitanı Lionel Messini almağı planlaşdırdığını bildirib.

Komanda.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında sabiq klubunun bu transferdə israrlı olduğunu deyib:

“Bunun qadağan olunan bir xəyal olduğunu düşünmürəm. Messinin “Barselona” ilə müqaviləsi sona yaxınlaşır. “İnter” bu transferi reallaşdırmaq arzusundadı. Bu yöndə çalışdıqlarını bilirəm. Koronavirusun bu məsələyə təsir edib-etməyəcəyini bilmirəm, amma ilin sonunda qəribə şeylər görəcəyik”.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button