Moratanın evi qarət olundu

Futbol üzrə İspaniya millisinin üzvü Alvaro Moratanın evi qarət olunub.

Komanda.az xəbər verir ki, hadisə, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Farer adaları – İspaniya matçı (1:4) zamanı baş verib. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Hadisə zamanı silahlı şəxslər Moratanın evinə soxularaq, evdən bahalı əşyalar oğurlayıblar. Moratanın xanımı və övladları hadisə zamanı evdə olublar. Lakin onlardan heç kim zərər çəkməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button