
Morata: “İstanbulu çox sevirəm”
Karyerasını Türkiyədə davam etdirən Alvaro Morata bu ölkə haqda fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı hücumçu Türkiyəni yaşamaq üçün çox cəlbedici ölkə hesab edir:
“Mən İstanbulu çox sevirəm. Həyatımın qeyri-adi dövrünü çox gözəl ölkədə, inanılmaz klubda və yaxşı insanların əhatəsində keçirirəm. Mən burada həyatı sevirəm və xoşbəxtəm. İndi həqiqətən ümid edirəm ki, gələn mövsüm UEFA Çempionlar Liqasında oynayacağıq”.
Morata müqavilə ilə “Milan”a məxsusdur. O, icarə əsasında “Qalatasaray”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin