“Moratanı dəvət etmək əla addımdır” – “Milan”ın sabiq baş məşqçisi

“Milan”ın sabiq baş məşqçisi Arriqo Sakki daha əvvəl “Atletiko”da çıxış etmiş ispaniyalı futbolçu Alvaro Moratanın İtaliya klubuna keçidini şərh edib.

Komanda.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Moratanı dəvət etməyin əla addım olduğunu bildirib:

“Moratanı dəvət etmək əla addımdır. O, mobil hücumçudur. Morata hücumun bütün cəbhəsi boyunca hərəkət edir və qalib gəlmək üçün nə etmək lazım olduğunu da dəqiq bilir.

Morata Avropa çempionatında yaxşı çıxış etdi və ona şübhə ilə yanaşan azarkeşlərin önündə özünü doğrultdu”.

İtaliya A Seriyasının yeni mövsümünə avqustun 17-də start veriləcək, “Milan” ilk turda “Torino” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button