
“Qalatasaray”da Morata problemi
“Qalatasaray”da ispaniyalı hücumçu Alvaro Morata ilə bağlı ciddi problem yaşanır.
“Milan”dan icarəyə götürülən 32 yaşlı futbolçu komandanın son məşqinə qatılmayıb və hələ də İspaniyada qalır. O, geri dönmək fikrində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Morata “Qalatasaray”dan ayrılıb İtaliyanın “Komo” klubuna keçmək istəyir.
Ancaq İstanbul təmsilçisi onu asanlıqla buraxmaq niyyətində deyil. Klub, icarə müqaviləsini vaxtından əvvəl ləğv etmək üçün 6 milyon avro tələb edir. Bu, “Milan”a ödənilmiş məbləğdir.
Moratanın “Qalatasaray”la icarə müqaviləsinin müddəti 20 yanvar 2026-cı ilə kimidir. Onun Türkiyədəki gələcəyi isə hələlik sual altındadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin