
“Vaxtı geri qaytara bilsəydim, “Atletiko”dan ayrılmazdım”
Hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən “Milan”ın hücumçusu Alvaro Morata peşman olduğu keçidini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Atletiko”da olarkən baş məşqçi Dieqo Simeonenin ona dəyər verdiyini başa düşmədiyini bildirib:
“Vaxtı geri qaytara bilsəydim, “Atletiko”dan ayrılmazdım. Ancaq sonra Dieqo Simeonenin mənə dəyər verdiyini başa düşmədim”.
32 yaşlı Morata 2019-cu ildə madridliləri “Çelsi”yə dəyişib. O, bu mövsüm Türkiyə çempionatında 4 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin