ÇL: “Milan” çox motivasiyalıdır”

“Milan”ın hücumçusu Alvaro Morata UEFA Çempionlar Liqasının ilk turunda “Liverpul”a qarşı keçirəcəkləri oyun haqda danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Milan”ın çox motivasiyalı olduğunu bildirib:

“Özümü sübut etmək və azarkeşləri sevindirmək istəyirəm. Bu, Çempionlar Liqasıdır. Komandanın bu turnirə necə düşməsinin əhəmiyyəti yoxdur. Burada Avropanın ən yaxşı komandaları oynayır. “Milan” çox motivasiyalıdır”.

“Milan” bu gün UEFA Çempionalar Liqasının 2024/25-ci il mövsümünün açılış turu çərçivəsində evdə “Liverpul”u qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button