Morata “Milan”da nömrə seçimi edib

İspaniya millisinin hücumçusu Alvaro Morata yeni klubu “Milan”da forma nömrəsini seçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun yaxın keçmişdə bu nömrə altında oynayan Olivye Jirunun 9 nömrəli formasını geyinəcəyi güman edilirdi.

Morata Yasin Adlinin ona verdiyi “7 nömrə”ni geyinəcək. Fransalı yarımmüdafiəçinin özü yeni mövsümdə 94 nömrəli formada çıxış edəcək.

A Seriyasının yeni mövsümü avqustun 17-də başlayacaq, “Milan” ilk turda “Torino” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button