Moratanın boşanmasının səbəbi “Milan” olub?
İspaniya millisinin heyətində Avropa çempionu olan Alvaro Morata “Milan”a keçdiyi üçün həyat yoldaşı Alise Kampellodan ayrılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra media ayrılığın əsl səbəbinin futbolçunun xəyanəti olduğunu yazıb. Lakin ispaniyalı futbolçu bu haqda açıqlama verib:
“Mən darıxmışam, amma and içirəm ki, onu heç vaxt aldatmamışam. O, həyatımdakı ən vacib qadındır. Alise İspaniyada qalmaq istədi, bir daha harasa köçmək istəmədi”.
Cütlük 2017-ci ildən evli idi. Moratanın qolunda Kampellonun üzünün döyməsi var.
31 yaşlı forvard rəsmi olaraq “Atletiko”dan “Milan”a keçib. Tərəflər iyulda müddəti 2028-ci il iyulun 30-na kimi olan 4 illik müqavilə imzaladıqlarını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin