Alleqri onu saxlamaq istəyir
“Yuventus”da icarə əsasında çıxış edən “Atletiko”nun hücumçusu Alvaro Morata karyerasını Turin klubunda davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubunun baş məşqçisi Massimiliano Alleqri də 29 yaşlı ispaniyalı futbolçunu komandada saxlamağa üstünlük verir.
“Yuventus” Moratanı iki il əvvəl icarəyə götürmüşdü. Turin klubu 35 milyon avro ödəməklə onun transfer hüquqlarına sahib ola bilər.
Morata 2021/22 mövsümündə “Yuventus”la 48 matçda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin