Morata İtaliya klubunda – Rəsmi

İtaliyanın “Milan” klubu İspaniya millisinin hücumçusu Alvaro Moratanı heyətinə qatıb.

Komanda.az A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə 4 illik müqavilə bağlanıb.

Morata son olaraq İspaniya təmsilçisi “Atletiko”nun formasını geyinib. O, ötən mövsüm meydana çıxdığı 48 matçda 21 qol vurub.

İspaniyalı forvard Almaniyada keçirilən Avropa çempionatında bir qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button