
Morata – 35 milyon avro
“Atletiko”nun hücumçusu Alvaro Moratanın keçidi “Mançester Yunayted”ə 35 milyon avroya başa gələ bilər.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Atletiko”nun bu yay satmaq istədiyi futbolçunun transferini rəsmiləşdirməyə yaxındır.
Morata son iki mövsümü “Yuventus”da icarə əsasında keçirib. O, A Seriyasında 67 oyunda 20 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-na kimi hesablanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin