
Morata ərəblərdən sərfəli təklif alıb
“Atletiko”nun hücumçusu Alvaro Morata Səudiyyə Ərəbistanından çox sərfəli təklif alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iki yerli klub futbolçu ilə əlaqə saxlayıb. Ən sərfəli təklifi “Real”dan ayrılan Naço Fernandesin bu yaxınlarda keçdiyi “Əl-Qadisiya” göndərib. Ancaq Moratanın özü hələ qərar verməyib.
İspaniyalı hücumçu üçün prioritet məsələ İtaliya A Seriyasına qayıtmaqdır. O, “Yuventus”un heyətində 4 mövsüm çıxış edib.
Moratanın müqaviləsində təzminat məbləği göstərilib ki, bu da 12-13 milyon avro təşkil edir. O, bu yay “Atletiko”dan ayrılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin