Morata ərəblərə “yox” deyib

“Atletiko”nun hücumçusu Alvaro Morata karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyi düşünmür.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ərəblərin transfer təklifini rədd edib. Buna səbəb ispaniyalı forvardın Madrid klubunda qalmaq istəməsidir.

Öncədən Moraya ilə İtaliyanın “İnter” və “Milan” klublarının maraqlandığı bildirilirdi.

Morata 2020-ci ildən paytaxt klubunda çıxış edir. O, 2022/23 mövsümündə La Liqa klubunun heyətində bütün turnirlər daxil olmaqla 45 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button