“Monza” “Milan”dan bilgi istəyib – Serb hücumçu ilə bağlı
“Monza” “Milan”ın hücumçusu Luka Yoviçlə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Monza” serbiyalı forvardın transfer şərtləri ilə bağlı “Milan”dan məlumat istəyib.
Yoviç “Milan”ın planlarına daxil deyil və çox güman ki, klubu tərk edəcək.
27 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə qol vurmadığı 4 matçda iştirak edib. Onun “Milan”la hazırkı müqaviləsi bu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin