
“Monza”nın hədəfindəki 2 məşhur futbolçu
İtaliya A Seriyasına vəsiqə qazanan “Monza” klubu iki məşhur hücumçunu transfer etmək istəyir.
Söhbət PSJ-nin hücumçusu Mauro İkardi və “Yuventus”dan ayrılan Paulo Dibaladan gedir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Monza”nın baş direktoru Adriano Qalliani PSJ-nin hücumçusunun həyat yoldaşı və agenti Vanda Nara ilə mümkün transferlə bağlı əlaqə də saxlayıb.
“Monza” tarixində ilk dəfə olaraq qarşıdakı mövsümdə A Seriyasında çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin