İbrahimoviç: “Montsa”dan mənə dedilər ki, müqaviləm hazırdır”

“Milan”ın forvardı Zlatan İbrahimoviç “Montsa”nın onunla maraqlanmasına münasibət bildirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, “Milan”ın futbolçusu olduğu üçün fəxr etdiyini deyib:

“Montsa”dan mənə dedilər ki, müqaviləm hazırdır, amma mən “Milan”ın oyunçusuyam. Doğrusu, bununla fəxr edirəm. Mövsümün sonunda karyeramı bitirəcəyimi düşünmürəm”.

Öncədən Lombardiya klubunun 41 yaşlı isveçli futbolçunu azad agent kimi transfer etmək istədiyi bildirilmişdi.

Zlatan cari mövsümdə Milan təmsilçisinin heyətində dörd oyuna çıxıb və bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button