Millinin qapıçısı vəfat etdi – 26 yaşında
Monteneqro millisinin 26 yaşlı qapıçısı Matiya Sarkiç vəfat edib.
Komanda.az xəbər verir ki, futbolçunun ölümü ilə bağlı məlumatı “Miliwol” saytı yayıb.
Sarkiç xəstəlikdən, bu gün səhər vəfat edib. Monteneqro vaxtı ilə səhər saat 6:30-da mərhum futbolçunun dostları təcili yardım çağırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Sarkiç ötən həftə Belçika millisi ilə yoldaşlıq oyununda Monteneqro yığmasının əsas qapıçısı olub. O, bu görüşdə 8 seyv etmişdi və matçın ən yaxşı oyunçusu seçilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin