
Azərbaycan millisinin yoxlama oyunlarının vaxtı dəyişdirildi
Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarının tarixi əlverişsiz hava şəraiti ilə əlaqədar dəyişdirilib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq görüşləri, əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 3-də və 5-də deyil, dekabrın 4-də və 6-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin