Yovetiç Azərbaycanla oyundan danışdı: “Yaxşı başlamışdıq, amma…”
Monteneqro yığmasının futbolçusu Stevan Yovetiç UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, yerli mətbuata açıqlama verən 31 yaşlı hücumçu, 0:0 hesabıyla bitən görüş haqda bunları deyib:
“Sona 20 dəqiqə qalmış Kiprdəki oyunun nəticəsini və Lüksemburqun azlıqda qaldığını öyrəndik. Hesabı qorumağa qərar verdik və 10 nəfərlə birlik olduq.
Meydana qalib gəlmək üçün çıxmışdıq. Oyuna yaxşı başlamışdıq, amma azlıqda qalmağımız narahatlıq yaratdı. Bundan sonra nəticə üçün oynadıq və əldə olunan hesab məni sevindirir”.
Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 5 xalla 3-cü sıradadır. Monteneqro 10 xalla lider, Lüksemburq 9 xalla 2-cidir. Qrupun sonuncusu isə 4 xalı olan Kiprdir.
Bizi Facebook-da izləyin