
“Monteneqro yığması Azərbaycan millisindən üstündür”
“Rəqiblərimiz yaxşı komandadır. Həmişə əvvəlcədən qələbəmizi bayram edirik, amma heç kimə az təhlükə törədən rəqib kimi yanaşa bilmərik. Qrupumumuzdakı yığmalardan səviyyəcə üstünük”.
Komanda.az xəbər verir ki, bu fikirləri Monteneqro yığmasının futbolçusu Stefan Yovetiç UEFA Millətlər Liqasında Kiprlə keçirəcəkləri matçdan öncə deyib.
“Monako” da çıxış edən 31 yaşlı hücumçu Yovetiç yaxşı nəticələrə inanmalarının vacibliyini söyləyib: “Düşünürəm ki, yerimizdə möhkəm durmalı, ardıcıl oyunlarda yaxşı nəticələrə nail olacağımıza inanmalıyıq. Hər zaman olduğu kimi, meydana qələbə üçün çıxacaq və dövlətimiz üçün hər şeyi edəcəyik. İnanırıq ki, Monteneqro üçün layiqli nəticəyə imza atacağıq”.
Stefana millidə çıxış etmək daha çox zövq verir: “Əlbəttə, yığmada oynamaq daha çox xoşuma gəlir. Burada uşaqları görüb əylənirik. UEFA Millətlər Liqasını təsis etməklə əla gediş edib. Matçlar yoldaşlıq görüşlərinə nəzərən daha cəlbedicidir və nəticə anlamı verir. Bütün komanda kimi, mən də optimistəm. Fikrimcə, aha yüksək reytinq uğrunda mübarizə apara bilərik”.
Qeyd edək ki, Monteneqro yığması C Liqasının 1-ci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi bu rəqiblə ilk oyununu oktyabrın 10-da Podroritsada keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.
Canni De Byazinin baş məşqçi olduğu komanda ilk oyununu sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.
Bizi Facebook-da izləyin