Monteneqrolu qapıçı Azərbaycanla oyundan danışdı: “Şərtlər yaxşı olsaydı…”
Monteneqro millisinin qapıçısı Milan Miyatoviç UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycan yığmasını 2:0 hesabıyla məğlub etdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, “vijesti.me” saytına danışan 33 yaşlı futbolçu matçla bağlı bunları deyib:
“Azərbaycan millisi qapımıza doğru zərbə endirə bilmədi və bizim sərt oynadığımızı deyirlər. Məncə, biz daha yaxşı oynadıq. Meydançanın durumu, şərtlər yaxşı olsaydı, daha çox qol vurardıq. İnanıram ki, qrupu 6 qələbə ilə başa vurarıq, üstəlik, qol buraxmadan”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin