Monteneqro – Azərbaycan oyununun hakimləri müəyyənləşdi

UEFA Millətlər Liqasında keçiriləcək Monteneqro – Azərbaycan matçının hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Rikardo de Burgos Benqoeçea olacaq. Ona yan xətt hakimləri Roberto del Palomar və Pau Sebrian Devis kömək edəcək. Dördüncü hakim funksiyasını Xavyer Estrada Fernandes yerinə yetirəcək.

Oktyabrın 10-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button