Türkiyə Futbol Federasiyası Montella ilə danışıqlara başlayıb
“Adana Dəmirspor”un keçmiş baş məşqçisi Vinçentso Montella Türkiyə millisinə rəhbərlik edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası 49 yaşlı italiyalı mütəxəssislə danışıqlara başlayıb.
Bundan əvvəl Türkiyə millisinin baş məşqçisi Ştefan Kuntsun postunu tərk edəcəyi barədə xəbərlər yayılmışdı.
Montella 2021-2023-cü illərdə Türkiyənin “Adana Dəmirspor” komandasına rəhbərlik edib. O, həmçinin “Roma”, “Fiorentina”, “Sampdoria”, “Milan” və “Sevilya”nın baş məşqçisi vəzifəsində çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin