Montella Gülər haqda: “Qərarları “Real” verir”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Arda Gülərin “Real”dakı mövqeyindən danışıb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı “kral klubu”nda çox ciddi rəqabətin olduğunu bildirib:

“Biz Gülərin gələcəyinə müdaxilə edə bilmərik. Qərarları “Real” verir. Mən istəyirəm ki, futbolçularımız öz klublarında mümkün qədər tez-tez oynasınlar, amma bilirəm ki, “kral klubu”nda çox ciddi rəqabət var”.

19 yaşlı futbolçu Karlo Ançelottinin komandasında ehtiyat oyunçu rolu ilə kifayətlənmək məcburiyyətindədir, buna görə də, onun baş məşqçidən narazılığı ilə bağlı söz-söhbətlər yayılıb.

Türkiyə yığması bu gün UEFA Millətlər Liqasında öz meydanında Monteneqro millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button