“Monpelye”nin yeni baş məşqçisinin adı məlum oldu

Fransanın 1-ci Liqa klubu “Monpelye”nin yeni baş məşqçisinin adı məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda Jan-Lui Qasseyə tapşırılıb.

Monpelye şəhərinin təmsilçisinin əvvəlki baş məşqçisi Mişel Der Zakaryan Liqa 1-in 8-ci turunda “Marsel”ə evdə 0:5 hesabı ilə məğlubiyyətdən dərhal sonra qovulmuşdu.

70 yaşlı Qasse ötən mövsümün ikinci yarısında “Marsel”in müvəqqəti baş məşqçisi kimi fəaliyyət göstərib.

Geridə qalan 8 tur ərzində 26 qol buraxan “Monpelye” hazırda turnir cədvəlinin sonuncu pilləsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button