Monçidən “Arsenal” etirafı

“Sevilya”nın yeni idman direktoru Ramon Monçi İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Monçi “Arsenal”dan təklif aldığını doğrulayıb:

“Mənimlə maraqlandığı və təklif göndərdiyi üçün “Arsenal”a təşəkkür edirəm. Ancaq bildiyim komandaya gəlməyi üstün tutdum. Ən böyük və ən yaxşı təklifi “Sevilya” etmədi, ancaq evə qayıtmaq fikri daha gözəl oldu.

“Sevilya” mənim evimdir. Burda olmaq mənim üçün çox vacibdir”.

“Transfer sehrbazı” ləqəbi ilə tanınan Monçi, 2 illik fasilədən sonra, əvvəlki kimi “Sevilya”nın idman direktoru vəzifəsində çalışacaq. O, aprelin 1-dən işinə başlayacaq.

17 il “Sevilya”da çalışan ispan mütəxəssis 2017-ci ildə “Roma”ya keçmişdi. İtaliya klubundan ayrılandan sonra onun London “Arsenal”ına keçidi də gündəmdə idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button