“Monako”nun sabiq baş məşqçisi La Liqa klubunda – rəsmi
“Monako”nun sabiq baş məşqçisi Roberto Moreno İspaniyada komanda çalışdıracaq.
Komanda.az xəbər verir ki, Moreno “Qranada” komandasına baş məşqçi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Moreno 2019/20 mövsümündə “Monako”nu çalışdırıb.
“Qranada” ötən mövsümü La Liqada 9-cu sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin