Fabreqasa koronavirus şoku
“Monako”nun futbolçusu Sesk Fabreqasın nənəsinin anası koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçi “La Sexta” telekanalına açıqlamasında deyib. Fabreqas, nənəsinin 95 yaşlı anasının Fransada – qocalar evində koronavirusa yoluxduğunu bildirib.
Fabreqas nənəsinin anasının çətin də olsa, sağalacağına ümid etdiyini deyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin