
“Barselona”nı onsuz izləmək çətin olacaq”
“Monako”nun futbolçusu Sesk Fabreqas Lionel Messinin PSJ-yə keçidini dəyərləndirib.
Komanda.az xəbər verir ki, ispan yarımmüdafiəçi, “Barselona”da birgə çıxış etdiyi argentinalı hücumçu ilə bağlı bunları deyib:
“Messi üçün kədərlənirəm. Çünki o, “Barselona”da qalmaq istəyirdi. “Barselona”nı onsuz izləmək çətin olacaq. Lakin həyat davam edir.
Messini Parisdə görməkdən məmnunam. Maraqlı mübarizə olacaq. Liqa 1 Messi ilə böyüyəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin