Fabreqas əsəbiləşdi: “Həbs etmək lazımdırsa, həbs edin”
“Monako”nun futbolçusu Sesk Fabreqas futbolda da tez-tez rast gəlinən irqçilik haqda danışıb.
Komanda.az xəbər verir ki, “The Guardian”a açıqlama verən ispan yarımmüdafiəçi, irqçiliyi axmaqlıq adlandırıb və bunu edənlərin həbs olunmasını istəyib:
“Stadionlarda cahillik var, insanları dərilərinin rənglərinə görə təhqir edirlər. Bu, axmaqlıqdır. Təəssüf ki, irqçilik illərdir davam edir. Artıq nəsə tədbir görmək lazımdır. Lazımdırsa, stadionları onların üzünə bağlayın, qadağalar qoyun. Həbs etmək lazımdırsa, həbs edin. Onlara söyləyin ki, artıq idmanda və dünyada belə hallara yol verilməyəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin