“Monako”nun futbolçusu AEK-də
“Monako” müdafiəçisi Cibril Sidibe ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Fransadan olan 30 yaşlı futbolçu Yunanıstanın AEK klubuna transfer olunub. Bu barədə Afina təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Sidibe 2016-cı ildən “Monako”da forma geyinirdi. O, knyazlıq təmsilçisində keçirdiyi 5 mövsüm ərzində 174 oyuna çıxıb, 6 qola imza atıb. Təcrübəli müdafiəçi 2019/20 mövsümünü də İngiltərənin “Everton” klubunda icarədə keçirib. “Trua”nın yetirməsi olan futbolçu “Lill”də də çıxış edib. O, Fransa yığmasında 18 oyun keçirib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin