Kovaç PSJ-ni məğlub etmələri haqda: “Onu topsuz saxladıq və istədiyimizə nail olduq”

“Monako”nun baş məşqçisi Niko Kovaç Fransa çempionatının 26-cı turunda PSJ-yə qarşı keçirdikləri səfər matçını (2:0) şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis, layiqli qələbə qazandıqlarını deyib:

“Futbolçularımdan məmnunam. PSJ əla komandadır. 90 dəqiqə əlimizdən gələni etdik və layiqli qələbə qazandıq. Rəqibin qol imkanları az oldu, futbolçularımı sərgilədikləri oyuna görə təbrik edirəm.

Planımız? Kilian Mbappe əla futbolçu olduğu üçün onu zərərsizləşdirməli idik. Onu topsuz saxladıq və istədiyimizə nail olduq. Müdafiədə də yaxşı çıxış edərək, rəqibə qol imkanı vermədik. Möhtəşəm bir oyun idi və bizə lazım olan qələbəni qazandıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button