“Monako”nun baş məşqçisi cəzalandırıldı
“Monako”nun baş məşqçisi Leonardo Jardim bir oyunluq cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.
Jardim 24-cü tur çərçivəsində “Monpelye”ylə keçirilən matçda (2:2) idmana yaraşmayan davranışları səbəbindən cəzalandırılıb.
44 yaşlı mütəxəssis həftəsonu keçiriləcək “Nant”la matçda texniki zonada yer almayacaq.
“Monako” – “Nant” matçı fevralın 16-da, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin