“Monako”nu finala buraxmadılar

Futbol üzrə Fransa kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

“Nant” doğma meydanda “Monako” ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında 4 qol qeydə alınsa da, qalib müəyyənləşməyib. Bu üzdən də sonda penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nant” finala yüksəlib.

Daha öncə “Nitsa” da finala vəsiqə qazanmışdı. Həlledici qarşılaşma mayın 8-də keçiriləcək.

Fransa kuboku, yarımfinal

1 mart

Nitsa – Versal 2:0
Qol
: Quiri, 48. Dolberq, 73.

2 mart

Nant – Monako 2:2 (penaltilər 4:2)
Qol
: Sidibe, 21-öz qapısına. Mutussami, 74 – Maripan, 12. Boadu, 76.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button