Fati İngiltərə klubunu yox, “Monako”nu seçib

“Barselona”nın vingeri Ansu Fati “Monako”ya keçməyə yaxındır.

Komanda.az “El Partidazo de COPE”-yə istinadən xəbər verir ki, tərəflər artıq razılığa gəlib və transfer icarə əsasında baş tutacaq.

Müqaviləyə görə, “Monako” mövsümün sonunda ispaniyalı futbolçunu 20 milyon avroya almaq hüququna malik olacaq.

22 yaşlı futbolçunun özü də “Monako” ilə prinsipial razılıq əldə edib. Bildirilir ki, Fati “Çelsi”nin təklifindənsə, Fransa klubuna üstünlük verir. Bu da onun İngiltərə Premyer Liqasında əvvəlki təcrübəsi ilə bağlıdır.

Transferin bu gün və ya sabah rəsmiləşməsi gözlənilir. O, bu mövsüm “Barselona” ilə bütün turnirlərdə 11 oyuna çıxsa da, nə qol vurub, nə də məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button