“Monako”dan növbəti rəsmi transfer – FOTO

Türkiyənin “Antalyaspor” klubunun fransalı yarımmüdafiəçisi Vilyam Vankerin “Monako”ya keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Liqa 1 təmsilçisi 30 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürdüyünü açıqlayıb.

Vanker “Antalyaspor”da 2017-ci ildən çıxış edirdi. Lakin o, həmin dövrdən bəri bu komandada cəmi 29 oyuna çıxıb.

Belçikanın “Standard”, Rusiyanın “Dinamo” (Moskva) və İtaliyanın “Roma” klublarında legioner həyatı yaşamış fransalı futbolçu vətənində “Nant” və “Olimpik” (Marsel) formalarını da geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button