“Monako”dan çətin qələbə
Fransa Liqa 1-də 28-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 6 görüş baş tutub.
“Reyms” – “Nitsa” və “Tuluza” – “Strasburq” matçlarında qalib müəyyənləşməyib. “Monpelye” “Loryan”ı, “Monako” “Renn”i, “Brest” isə “Mets”i məğlub yola salıb. Yalnız “Nant” doğma meydanda Lion “Olimpik”inə uduzub.
Hazırda 63 xala malik PSJ vahid liderdir. “Brest” 53 xalla 2-ci, “Monako” 52 xalla 3-cü pillədə qərarlaşıb. “Lill” 49, “Nitsa” 44, “Lans” 43, “Reyms” 40, Marsel “Olimpik”i ilə “Renn” 39, Lion “Olimpik”i 38 xal toplayıb.
Fransa Liqa 1
28-ci tur
5 aprel
Lill – Olimpik (Marsel) 3:1
Qollar: David, 54-pen. Kabelya, 71. Qudmundsson, 84 – İsmaili, 81-öz qapısına.
6 aprel
Lans – Havr 1:1
Qollar: Frankovski, 58 – Sabbi, 78-pen.
PSJ – Klermon 1:1
Qollar: Q.Ramos, 85 – Keyta, 32.
7 aprel
Brest – Mets 4:3
Qollar: Şardonne, 12. Dumbiya, 31. Munye, 38. Satriano, 60 – Traore, 6. Mikautadze, 7; 80.
Monpelye – Loryan 2:0
Qollar: Savanye, 55-pen. Karamo, 90.
Reyms – Nitsa 0:0
Tuluza – Strasburq 0:0
Monako – Renn 1:0
Qol: Akluşe, 25.
Nant – Olimpik (Lion) 1:3
Qollar: Ablin, 16 – Lakazette, 75. Fofana, 77. Orban, 90+7.
Bizi Facebook-da izləyin