“Monako”dan A Seriyası klubuna
İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Monako” klubunun müdafiəçisi Antonio Barrekanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı italiyalı futbolçu 1 illik icarəyə götürülüb. İcarə müddətinin sonunda “Cenoa”nın müdafiəçinin transfer hüquqlarına sahib çıxmaq şansı da olacaq.
Turində anadan olan, peşəkar karyerasına “Torino”da başlayan futbolçu, icarə əsasında “Çittadella”, “Kalyari” klublarında da forma geyinib. 2018-ci ildə “Monako”ya transfer olunan Barreka, geridə qalan mövsümün ikinci yarısında İngiltərənin “Nyukasl” klubunda da icarədə çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin