“Monako”da yeni qapıçı
“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Belçikanın “Serkl Brügge” klubunun qapıçısı Tomas Didilyonu transfer edib. Bu barədə knyazlıq klubunun rəsmi saytı məlumat yayıb.
Fransadan olan 26 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb.
Tomas Didilyon 2020-ci ildən “Serkl Brügge”də forma geyinirdi. O, daha öncə “Mets”, “Seren”, “Anderlext” və “Genk” komandalarının da uğurları üçün çalışıb.
“Monako” öz qapıçısı Radoslav Mayeçkini də “Serkl Brügge”yə icarəyə verib. Polşadan olan 22 yaşlı qolkiper də mövsümün sonunadək Belçikada oynayacaq. Varşava “Legiya”asının yetirməsi olan futbolçu, 2020-ci ildən knyazlıq təmsilçisində çıxış edir. “Legiya” və “Monako” ilə yanaşı, “Stal”da da forma geyinmiş qapıçı, Polşa millisində 1 oyuna çıxıb.
Monakolular Mayeçki ilə yanaşı, 21 yaşlı sol cinah müdafiəçisi Luis Torreslə 23 yaşlı mərkəz müdafiəçisi Lukas Laradeni də “Serkl Brügge”yə icarəyə verib. Onlar da mövsümün sonunadək Belçika klubunda forma geyinəcəklər.
Bizi Facebook-da izləyin