“Monako”da yeni futbolçu
“Monako” qış transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, “knyazlıq klubu” “Çelsi”nin futbolçusu Mişi Batşuayini heyətinə qatıb. Bu barədə klubun vitse-prezidenti Vadim Vasilyev Fransa mətbuatına açıqlamasında deyib.
O, 25 yaşlı forvardın mövsümün sonuna qədər icarə əsasında “Monako”da çıxış edəcəyini bildirib.
2018/19 mövsümünün ilk dövrəsini icarə əsasında “Valensiya”da keçirən Batşuayi, 23 qarşılaşmada iştirak edərək 3 qol vurub.
“Monako” qış transfer pəncərəsi dövründə “Lill”dən Fode Ballo-Ture, “Çelsi”dən Sesk Fabreqas, “Antalyaspor”dan Vilyam Vankeri transfer edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin