“Monako”da baş məşqçi ayrılığı rəsmən açıqlandı
“Monako” baş məşqçisi Robert Morenonu istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə, “Monako”nun Moreno ilə yollarını ayıracağı bildirilib. Artıq 42 yaşlı yaşlı mütəxəssisin istefası ilə bağlı lazımi prosedurların həyata keçirilməsinə başlanılıb.
Moreno bu ilin yanvarında “Monako”ya baş məşqçi təyin olunmuşdu. Onun klubla müqaviləsi 2022-ci ilə qədər idi. Komanda onun rəhbərliyi altında 13 oyuna çıxıb, 5 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
“Monako” Liqa 1-də koronavirus pandemiyasına görə ləğv olunan 2019/20 mövsümünü 9-cu sırada bitirib.
Qeyd edək ki, Liqa 1 klubunun baş məşqçi postuna “Bavariya”nın sabiq çalışdırıcısı Niko Kovaçı gətirəcəyi iddia olunur.
Bizi Facebook-da izləyin