“Monako”dan əzmkar heç-heçə

Fransa Liqa 1-də 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Bordo” “Lion”u qəbul edib. Beş qolun qeydə alındığı matçda qələbəni qonaqlar bayram ediblər.

Turun əksər görüşləri bazar gününə təsadüf edib. “Amyen” – “Strasburq” matçında hesab açılmayıb. “Anje” – “Reyms” görüşü də heç-heçə yekunlaşıb. “Kan” “Dijon”u, “Lill” “Nim”i, “Nitsa” “Genqam”ı, “Sent-Etyen” isə “Tuluza”nı məğlub yola salıb. “Marsel” də “Nant”la ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib.

Ötən tur çempionluğunu rəsmiləşdirən PSJ “Monpelye” səfərinə yollanıb. Beş qolun qeydə alındığı bu qarşılaşma paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Turun qapanış matçında “Monako” “Renn”lə qarşılaşıb. Dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib.

Fransa Liqa 1, 34-cü tur

26 aprel

Bordo – Lion 2:3
Qol
: Briand, 34. De Preville, 38 – Depay, 14. Korne, 67. Dembele, 85.

28 aprel

Amyen – Strasburq 0:0

Anje – Reyms 1:1
Qol
: Manku, 71 – Kafaro, 63.

Kan – Dijon 1:0
Qol
: Facr, 61.

Lill – Nim 5:0
Qol
: Remi, 51. Bamba, 64. Z.Çelik, 70. Pepe, 80. Fonte, 90.

Nitsa – Genqam 3:0
Qol
: Atal, 9; 68; 73.

Sent-Etyen – Tuluza 2:0
Qol
: Beriç, 2; 10.

Marsel – Nant 1:2
Qol
: Balotelli, 25 – Mutussami, 22. Andrey, 50.

30 aprel

Monpelye – PSJ 3:2
Qol
: Kimpembe, 21-öz qapısına. Delor, 80. Kamara, 85 – Oyonqo, 12. Di Mariya, 62.

1 may

Renn – Monako 2:2
Qol
: Hunou, 3; 9 – Falkao, 69; 75.

Bombardir: Kilian Mbappe (PSJ) – 30 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button