
“Monako” Qolovini Rusiyaya buraxmadı
Fransanın “Monako” klubunun yarımmüdafiəçisi Aleksandr Qolovin Rusiya millisinin Soçidəki təlim-məşq toplanışına qatıla bilməyəcək.
Komanda.az xəbər verir ki, Liqa 1 klubu 25 yaşlı futbolçunun ölkəsinə getməsinə icazə verməyib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rusiya Avropa Birliyinə daxil olmadığından, Qolovin yığmanın düşərgəsindən qayıtdıqdan sonra 5 gün karantində qalmalı idi. Bunu nəzərə alan “Monako” rəhbərliyi onun Soçi toplanışında və ölkəsindəki oyunda iştirak etməməsini məqsədəuyğun sayıb.
Bu üzdən Qolovin Rusiya yığmasının DÇ-2022-nin seçmə mərhələsində martın 27-də Sloveniya ilə evdə oynayacağı matçda çıxış etməyəcək. Amma o, martın 24-də Malta və 30-da Slovakiya ilə səfər görüşlərində iştirak edə biləcək.
Bizi Facebook-da izləyin