“Monako” ondan imtina etdi – Müayinədən keçə bilmədiyi üçün
İtaliyanın “Milan” klubunun futbolçusu Andre Silvanın “Monako” ilə razılıq əldə etdiyini xəbər vermişdik.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu transfer reallaşmayacaq. Buna səbəb, 23 yaşlı futbolçunun tibbi müayinədən uğurla keçə bilməməsidir. “Knyazlıq klubu”na keçidi məsələsi bağlanan futbolçu, yenidən “Milan”a qayıdıb.
Portuqaliyalı futbolçu ilə 5 illik müqavilə üçün razılaşan “Monako”, bu transferə görə “qırmızı-qaralar”a 25 milyon avro ödəyəcəkdi. Silvanın transferindən sonra Fransa klubunun Radamel Falkaonu komandadan göndərməsi gözlənilirdi.
2017-ci ildən “Milan”da çıxış edən futbolçu, son mövsümü icarə əsasında “Sevilya”da keçirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin