“Monako” futbolçusu üçün 70 milyon avro istəyir

“Monako”nun futbolçusu Maqnes Akliuş Avropanın bir neçə top-klubunun maraq dairəsindədir.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, “Mançester Siti” 23 yaşlı futbolçunu transfer siyahısına daxil edib.

Akliuşa həmçinin, Leverkuzen “Bayer”i də ciddi maraq göstərir. Ona “İnter” və adı açıqlanmayan Avropanın başqa bir klubu da “elçi düşüb”.

“Monako” fransalı oyunçusunu satmağa razıdır, ancaq qarşılığında təxminən 70 milyon avro tələb edir.

Akliuş son mövsümdə Fransa Liqa 1-də 32 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button