Bir gündə beş darmadağın
Fransa Liqa 1-də 37-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, mövsümün çempionu PSJ “Dijon”u qəbul edib və 4 cavabsız qolla qalib gəlib. İkinci pillədə qərarlaşan “Lill” də “Anje”ni darmadağın edib.
Autsayderlər qrupunda yer alan “Monako” isə “Amyen”i sınağa çəkib və inamlı qələbəyə sevinib.
“Marsel” “Tuluza”, “Lion” isə “Kan”la görüşlərdən qalib ayrılıb.
Fransa Liqa 1, 37-ci tur
18 may
Bordo – Reyms 0:1
Qol: Yun, 2.
Genqam – Nim 2:2
Qol: Turam, 6. Mendi, 35 – Ripar, 53. Bouanqa, 56.
Lion- Kan 4:0
Qol: Depay, 49; 74. Korne, 54. Dembele, 64.
Lill – Anje 5:0
Qol: İkone, 2. Pepe, 14; 76-pen. Bamba, 69. Arauxo, 89.
Monako – Amyen 2:0
Qol: Falkao, 26. Qolovin, 83.
Monpelye – Nant 1:1
Qol: Molle, 76 – Kulibali, 25.
PSJ – Dijon 4:0
Qol: Di Mariya, 3. Kavani, 4. Mbappe, 36; 56.
Sent-Etyen – Nitsa 3:0
Qol: Beriç, 25; 65. Hamuma, 81.
Strasburq – Renn 0:2
Qol: Buriqa, 24. Hunou, 90.
Tuluza – Marsel 2:5
Qol: İseka, 26. Qradel, 61 – Sanson, 29. Sakai, 50. Jie, 76. Toven, 90; 90+3.
Bombardir: Kilian Mbappe (PSJ) – 32 qol.
Bizi Facebook-da izləyin