
“Monako” millinin üzvünü transfer edir
Cari mövsümdə uğursuz çıxış edən “Monako” qış transfer pəncərəsi dövründə heyətini gücləndimək niyyətindədir.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Bordo”nun hücumçusu Fransua Kamanonu transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb. “Monako”nun 22 yaşlı qvineyalı oyunçu üçün 15 milyon və 3 milyon avro bonus təklif edəcəyi bildirilir.
Kamano da Tyerri Anrinin rəhbərlik etdiyi komandaya keçməyə müsbət yanaşır.
2016-cı ildə “Bastiya”dan “Bordo”ya 2,5 milyona avroya keçən Kamanonun klubuyla 2020-ci ilə qədər müqaviləsi var. Qvineyalı futbolçu cari mövsümdə 30 oyunda iştirak edərək, 11 qol vurub. Kamano 23 dəfə də Qvineya millisinin şərəfini qoruyub.
“Monako” Liqa 1-də 18 turdan sonra 13 xalla 19-cu pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin