Onana Fransa klubuna keçə bilər

“Mançester Yunayted”in qapıçısı Andre Onana karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Kamerun yığmasının 29 yaşlı üzvü ilə “Monako” maraqlanır. Fransalılar hazırda onun transferini ciddi şəkildə nəzərdən keçirirlər.

Onana 2023-cü ildə “Mançester Yunayted”ə transfer olunub. O, son mövsümdə bütün turnirlərdə 50 oyunda iştirak edib, 65 top buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button